Daxili İşlər Nazirliyi Abşeronda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb.
Unikal.org-un xəbərinə görə, nazirlikdən bildirilib ki, mayın 28-də saat 15:00 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Sahil Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb.
Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı qeyd edilən avtomobilin Bakı şəhər sakini Elvin Məmmədova məxsus olması və mayın 28-də Nizami rayonu ərazisindəki avtomobil təmir sexlərindən birində, orada işləyən Sahil Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

