Türkiyənin Manisa şəhərinin Saruhan mahalında bu gün də səhər saatlarında zəlzələ baş verib.
Unikal.org Türkiyə mediasına istinadən bildirir ki, şəhər ərazisində 1 saat ərzində 4 dəfə zəlzələ olub. Zəlzələ 4,4, 4, 4,6 və 4,8 bal gücündə qeydə alınıb.
Dağıntılar barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, ötən gün də Manisada 5,1 bal gücündə zəlzələ baş vermişdi.