Azərbaycan Xarici İşlər Nazirliyi İranda baş vermiş terror aktlarını pisləyib.
Nazirlikdən Unikal.org-a verilən bəyanatda İran İslam Respublikasında törədilmiş qanlı terror aktları qəti şəkildə qınanılır: "Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".
"Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir", - sənəddə qeyd olunub.