Koreya Respublikasının Prezidenti Mun Ce-in prezident İlham Əliyevə təbrik mətubu göndərib.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Koreya Respublikasının Hökuməti və xalqı adından ürəkdən təbrik edirəm.

Tarixin son 25 ili ərzində müstəqil Azərbaycan yalnız siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində deyil, cəmiyyət həyatının bütün sahələrində möhtəşəm tərəqqiyə nail olub.

Sıx əlaqələrimiz və mədəni köklərimizdəki oxşarlıqlar əsasında qurulmuş və zaman keçdikcə dərinləşən əməkdaşlıq münasibətlərimizin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə ümid edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasına əbədi firavanlıq arzularımı çatdırıram".

XXX

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Prezident İlham Əliyevə təbrik mətubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm.

Son illər Azərbaycan iqtisadiyyatda və sosial sahədə nəzərəçarpan uğurlar əldə edib, iqtisadi, ictimai-siyasi və mədəni inkişafın bir sıra istiqamətlərində aparıcı mövqelər qazanaraq beynəlxalq aləmdə nüfuzunu möhkəmlədib.

Azərbaycan və Dağıstan xalqlarını tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır, bizim mədəniyyətimizdə, dinimizdə ortaq cəhətlər çoxdur. Azərbaycan Respublikası Dağıstanın ən böyük ənənəvi xarici ticarət tərəfdaşıdır. Biz Azərbaycan rəhbərliyinin qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək, müxtəlif sahələrdə müştərək perspektivli layihələr həyata keçirmək üçün səmimi səylərini yüksək qiymətləndiririk.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq əminəm ki, dostluğumuzu və səmərəli qarşılıqlı əlaqələrimizi qoruyub saxlamaq naminə bundan sonra da səylərimizi artıracağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə, bütün Azərbaycan xalqına qurucu əməyinizdə uğurlar, sülh və firavanlıq arzu edirəm".