Bu gün vəfat edən energetika naziri Natiq Əliyevlə vida mərasimi sabah keçiriləcək.

Bu barədə unikal.org-a nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib. O qeyd edib ki, nazirin nəşi bu gün Bakıya gətiriləcək:

"Onunla vida mərasimi isə sabah saat 12-də Şəhriyar adına Mədəniyyət Mərkəzində keçiriləcək.

Unikal.org-un əldə etdiyi məlumata görə, N.Əliyev 2-ci Fəxri Xiyabanda dəfn olunacaq. Yaxın vaxtlarda prezident İlham Əliyev N.Əliyevin ölümü ilə bağlı nekroloq imzalayacağı gözlənilir.