Azərbaycanın dövlət və hökumət üzvləri Natiq Əliyevlə vida mərasiminə qatılıb.
Unikal.org xəbər verir ki, baş nazir Artuq Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin müavinləri Yaqub Eyyubov, Abid Şərifov, nazirlər Kəmaləddin Heydərov, Ramil Usubov, Zakir Həsənov, Samir Şərifov, Əbülfəs Qarayev, Azad Rəhimov, Ramin Quluzadə, baş prokuror Zakir Qaralov, SOCAR prezidenti Rövnəq Abdullayev, "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev, Komitə sədrləri Mübariz Qurbanlı, Ramiz Həsənov, tanınmış azərbaycanlı iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Fərhad Əhmədov və digər şəxslər Bakı Mədəniyyət Mərkəzində keçirilən mərasimdə iştirak edirlər.
Qonaqlar çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Natiq Əliyevin Azərbaycanın neft-qaz sektoruna xidmətindən danışıb: "Natiq Əliyev onu tanıyan hər kəsin yaddaşında vətənə xidmət etmiş şərəfli insan kimi qalacaq. Mərhum beynəlxalq energetika siyasəti sahəsində Azərbaycanı layiqincə təmsil edib.
SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, ömrünün çox hissəsində Natiq Əliyevlə çalışıb. O, mərhumla bağlı xatirələrini bölüşərək onun neft-qaz sektorundakı xidmətlərini qeyd edib.