Almaniya polisi Hamburq şəhəri yaxınlığında "Əl-Nusra cəbhəsi terror təşkilatına mənsub olduğu iddia edilən 4 nəfəri saxlayıb.

Unikal.org-un məlumatına görə, əməliyyat səhər saatlarında həmin şəxslərin qaldığı mənzildə həyata keçirilib.

Polislər hesab edir ki, onlar 2012-ci ildə terror təşkilatına üzv olub və bir neçə il Suriyada silahlı münaqişələrdə iştirak edib.