Mozambik Prezidenti Filipe Jasinto Nyusi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktrubu göndərib.

Unikal.org-un məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və Hökumətinə Mozambik Respublikasının xalqı və Hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Cənab Prezident, bu əlamətdar bayramla əlaqədar xalqlarımız və ölkələrimiz arasında mövcud olan dostluq və həmrəylik münasibətlərini bir daha vurğulamaq, habelə BMT və digər beynəlxalq forumlar çərçivəsində əlaqələrimizi möhkəmlətmək üçün Sizinlə işləməyə tam hazır olduğumu bir daha bəyan edirəm.

Fürsətdən istifadə edib, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına tərəqqi və firavanlıq arzularımı bildirirəm.

Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin".