Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub.

Unikal.org-un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Bingöl vilayətində baş verib.

Hava dəstəkli əməliyyatda terrorçuların əraziyə yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 əsgər şəhid olub.

Bölgədə PKK terrorçularına qarşı əməliyyat davam edir.