Şimali İrlandiya yığmasının və İngiltərənin "Mançester Yunayted klubunun sabiq futbolçusu Filip Malrayn keşiş olub.
Unikal.org-un "Reporta istinadən verdiyi məlumata görə, 39 yaşlı mərkəz müdafiəçisi 2008-ci ildə karyerasını başa vurduqdan sonra dinə maraq göstərməyə başlayıb. Nəticədə bir neçə gün öncə keşiş olmağa qərar verib.
Qeyd edək ki, Filip Malrayn "Mançester Yunaytedin yetirməsidir. O, İngiltərə klubunun akademiyasında Devid Bekhem, Niki Batt, Harri və Fil Nevill qardaşları ilə birgə məşq edib. Lakin şimali irlandiyalı futbolçu 1996 - 1999-cu illər aralığında Mançester təmsilçisinin əsas komandasında cəmi bir oyunda iştirak edib. Veteran müdafiəçi daha sonra "Norviç, "Kardiff Siti və "Letyon Orient kimi kollektivlərin şərəfini qoruyub.