İrəvanda baş verən atışmadan sonra keçmiş polis polkovnikinin oğlu saxlanılıb.
"Unikal" xəbər verir ki, hadisə ötən gün Qriboyedov küçəsində baş verib. İnsident qonşular arasında məişət mübahisəsi ilə başlayıb, bu zaman 28 yaşlı Aşot Şahnazaryan tapançadan atəş açıb. Heç kim xəsarət almayıb.
Daha sonra atəş açan şəxsin qardaşı patronu zibil qutusuna atsa da, müstəntiqlər onu tapıblar. Tapançanın özü də tapılıb. Şahnazaryan Ərəbkir İstintaq İdarəsinə aparılıb.
Saxlanılan şəxsin atası Ermənistan Yol Polisində yüksək vəzifələrdə çalışmış keçmiş polis polkovnikidir. Onun babası da Aşot Şahnazaryan vaxtilə İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasına rəhbərlik edib.