Tovuzda qadın boğazından kəsici alətdən ağır xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə Əyyublu kəndində baş verib. 1992-ci il təvəllüdlü T.Ələkbərova boğazının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Qadının yarası dərhal tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadının sözlərinə görə, ağacdan yıxılaraq xəsarət alıb.

Fakt araşdırılır.

Tural Əhmədov