Ermənistan-Azərbaycan münaqişəsi ATƏT regionunda təhlükəsizlik və sülhə qarşı ən ciddi təhdid olaraq qalmaqda davam edir.
Unikal.org Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan nümayəndə heyətinin ATƏT üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşündə çıxışında səsləndirilib.
Azərbaycan nümayəndə heyəti qeyd edib ki, BMT TŞ-nin müvafiq qətnamələrinin ATƏT-ə verdiyi mandata baxmayaraq, təşkilat daxilində əsas meylin münaqişə ilə əlaqədar gərginliyi aradan qaldırmaqdan ibarət olduğu müşahidə edilir: "Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilmədən gərginliyin aradan qaldırılması problemi həll etməyəcək.
Biz ATƏT daxilində münaqişədə status kvonun qeyri-davamlı olması barədə yekdil mövqeyi təsbit etməliyik. Ermənistanın cəhbə xətti boyunca münaqişənin gərginləşməsinə yönəlmiş bütün növ təxribatlarını nəzərə alaraq, biz status kvonu dəyişməliyik.
Mülki yaşayış məntəqələrinin heç bir fərq qoyulmadan atəşə tutulması nəticəsində iki azərbaycanlı mülki vətəndaşın öldürülməsi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasııdr və bir daha mülki əhalini hədəfə almaqla Azərbaycanı reaksiya verməyə təhrik etmək siyasətinin sübutudur və eyni zamanda Ermənistana sülh səylərini pozmaq üçün bəhanə verir.
Münaqişə həll olunduqdan sonra hazırkı Ermənistan rejiminin labüd legitimlik böhranı ilə üzləşəcəyi bu rejimi belə təxribatlara əl atmağa sövq edir. Ermənistanın siyasi rəhbərliyi anlayır ki, münaqişənin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həll olunması Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə nəticələnəcəkdir. Məhz buna görə də, Ermənstan rəhbərliyi rejimin ömrünü uzatmaq məqsədilə cari status kvonu möhkəmləndirmək üçün hər yola əl atır.
Ermənstan dərk etməlidr ki, cari status kvoya güvəndikcə o, öz müstəqilliyini tamamilə itirmək və regiondakı siyasi oyunlarda alətə çevrilmək riski ilə üzləşir. Yalnız münaqişəni sülh yolu ilə həll etməklə və Azərbaycan və regionun digər ölkələri ilə yaxşı qonşuluq münasibətləri yaratmaqla Ermənistan öz xalqı üçün müstəqil və xoş gələcək yarada və regionun inkişafından bəhrələnə ilər.
Mən təəssüf edirəm ki, Ermənistanın xarici işlər naziri Maurebaxda dialoq imkanını yenə əldən verdi. O, Azərbaycana qarşı əsassız ittihamlarla dolu iddia ruhunda bəyanatla çıxış etdi. Belə bəyanat daxili siyasi istehlak üçün nəzərdə tutulub. Bu ATƏT-də gözlənilən çıxış deyil. Bu zalda olan hər kəs anlayır ki, Ermənistan-Azərbaycan münaqişəsində təcavüzkar və təcavüzə məruz qalmış tərəf kimdir. Bizi maraqlandıran sual odur ki, Ermənistanın naziri öz bəyanatı ilə nəyə nail olmaq istəyirdi. Əgər o, hesab edirsə ki, bu yolla o, ATƏT daxilində etimad və etibarın bərpasına hansısa töhfə verə bilər, tamamilə aydındır ki, o, tamamilə iflasa uğradı.
Bu gün BrüsseldəAzərbaycanın Xarici İşlər Naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə planlaşdrılmış görüşünü nəzərə aldıqda, Ermənistanın naziri həddən artıq təxribatçı çıxış səsləndirdi. Biz Ermənistanın Nümayəndəliyini həm burada ATƏT-də, həm də Brüsseldə keçiriləcək danışıqlarda konstruktiv mövqe nümayiş etdirməyə səsləyirik".