ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Kürdəmir rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Guşəsini açılışında iştirak edib.
Səfirlikdən Unikal.org-a verilən məlumata görə, Səfir Sekuta Amerika Guşəsinin açılışında etdiyi çıxışında Guşənin yerli icma üçün vacibliyini qeyd edib.
Açılış mərasimində Kürdəmir rayonunun İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak ediblər. Səfir Sekuta Kürdəmirin Mərkəzi Kıtabxanasına yeni avadanlıq, texnika, lazımı materiallar və kitablar hədiyyə edib. Səfir Sekuta gələcəkdə Guşədən istifadə edəcək yerli sakinlərlə görüşərək onlarla Amerika Guşəsinin nə dərəcədə kömək edə biləcəyini və yerli icmanın bundan necə faydalana biləcəyindən danışdı. Kürdəmirdəki Amerika Guşəsində ingilis dilini öyrənmək və təhsil proqramları ilə tanış olmaq olar.
Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika Guşələri də daxildir. Bu Mərkəz və Guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlər də təqdim edir.