Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin konsert proqramında iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb.
Unikal.org xəbər verir ki, konsert proqramında Kris Braun, Enrike İqlesias və Farrell Uilyams iştirak edəcək.
Onlar "Formula-1" şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər.
İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyamsın çıxışı olacaq.
Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər.