"Beynəlxalq Qırmızı Xaç Komitəsində cəbhədəki son gərginlik nəticəsində saxlanılan heç bir hərbçi barədə rəsmi məlumat yoxdur".
Unikal.org xəbər verir ki, bu haqda Modern.az saytına Komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O qeyd edib ki, BQXK öz mandatına görə münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək hüququna malikdir.