"Fuad Abbasov milli maraqlardançıxış etdiyi üçün işdən azad olunub"
 
Bu fikirləri Unikal.org-a Milli Dirçəliş Hərəkatı partiyasının sədri, deputat Fərəc Quliyev azərbaycanlı jurnlalist Fuad Abbasovun işdən azad olunmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, belə jurnalistlər cəmiyyət tərəfindən ciddi şəkildə dəstəklənməlidir:
 
"Burada dediklərim mənim öz şəxsi təxəyyülümün məhsulurdur. Belə insanlara qarşı olan basqı onun düşüncəsinə mövqeyinə qarşıdır. Fuad Abbasovun da düşüncəsi milli düşüncə olub. Çalışıb ki, milli maraqlardan çıxış etsin. Belə hallarda bu cür zərbə alan jurnlaistlər cəmiyyət tərəfindən ciddi şəkildə dəstəklənməlidir. Onun işlə təmin olunması məsələsi ilə bağlı bir çağırış edirəm. Cəbhədə müharibə fəal bazada müəyyən qədər səngisə də informasiya savaşı gedir. İnformasiya savaşında bizim jurnalistin üstünlük qazanması müsbət haldır. Məlum məsələdir ki, Rusiya hər mənada Ermənistanın yanında olduğunu sübut etdi. Hesab edirəm ki, bu işdə də izlər Rusiyaya gedib çıxır". 
 
Qeyd edək ki, Fuad Abbasov yaxın günlərdə Rusiya telekanalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini müdafiə etmişdi.