Bakı sakini qohumu tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib.
Unikal.org lent.az-a istinadən bildirir ki, Xətai rayon Tağızadə küçəsində yaşayan 1994-cü il təvəllüdlü Gülnar Salamova (ad və soyadlar şərtidir) dünən axşam saatlarında yaşadığı evdə qaynı, 1988-ci il təvəllüdlü Elton Salamov tərəfindən döyüldüyünü bildirib. 22 yaşlı qadın qeyd edib ki, döyülmə nəticəsində bətnindəki 7 həftəlik cinsiyyəti məlum olmayan döl ölüb.
Müraciət əsasında araşdırma aparılır.