Bakıda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Pirallahı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun 29-cu məhəllə, ev 15, mənzil 89 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1953-cü il təvəllüdlü Kazibenko Olqa Nikolayevna yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, son iki gündə Bakıda daha iki qadın özünü binadan ataraq intihar edib.