Şimali Qafqazda topçular ən yeni hərbi texnika və silahların iştirakı ilə təlimlər keçiriblər.
Unikal.org publika.az-a istinadən bildirir ki, bu barədə Rusiya Silahlı qüvvələri Cənub hərbi dairəsinin mətbuat xidmətindən deyilib. Təlimlər Şimali Osetiya, Dağıstan, Çeçenistan və Cənubi Osetiyanın ərazisində keçirilib.
"Təlimlərin gedişatında xüsusi diqqət "Zoopark-1" ən yeni radiolokasiya kompleksləri, "Xrizantema-S" özüyeriyən tank əleyhinə raket kompleksləri, "Msta-S" özüyeriyən artilleriya sistemləri, "Tornado-Q" reaktiv yaylım atəş sistemləri və "Podnos" minaatan sistemlərinin mənimsənilməsinə ayrılıb", - xəbərdə deyilir.
Təlimlərdə 3,5 mindən çox topçu, silah və hərbi texnikanın təxminən min vahidi iştirak edib.