"Qradus-40" - daxili bazarda yer tutmağa başlayıb
Son illər daxili istehsalın gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır. Prezident İlham Əliyev də yerli istehsalın inkişaf etdirilməsi ilə bağlı bir sıra tapşırıqlar da verib. Bu səbəbdən də sahibkarların isthsal müəssisələri açaraq, yerli istehsalı gücləndirməsi yönünda yeniliklər var. Belə ki, 09.09.2015-ci il tarixində yaradılan "Qradus-40" MMC artıq məhsul istehsalına başlayıb. İstehsal olunan araq buğdadan alınan spirtdən hazırlanır. İstehsal müəssisəsi Ağsu rayonunda yerləşir. İstifadə olunan buğda da tam yerli məhsuldur. Hələlik bir adda məhsul istehsal oulunur. "Qradus-40" adlanan araqlar 0,5 l, 0,7 l və 1l-lik şüşə qablarda satışa çıxarılır. Şirkətdən unikal.org-a onu da bildiriblər ki, hazırda "Qradus-40" Azərbaycanın bütün rayon və şəhərlərində satışdadır. İstehlakçılar "Qradus-40" markalı içkilərin keyfiyyətindən razılıqlarını bildirirlər. Hələlik yalnız daxili bazar üçün məhsul istehsal edir, amma sifariş olarsa, xaricə məhsul ixrac etmək potensialı da var.
Orxan Həsənli