Astara rayonunun Şiyəkəran kənd qəbiristanlığında 20-dək qəbirin başdaşı sındırılaraq yararsız vəziyyətə salınıb.
Unikal.org xəbər verir ki, bu barədə APA-nın cənub bürosuna kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, hadisə gecə saatlarında törədilib. Sakinlər gündüz qəbiristanlığa daxil olarkən dəhşətli mənzərənin şahidi olublar. Hadisə barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib. Kəndə gələn polis əməkdaşları ilkin araşdırmalardan sonra iki nəfər yerli sakini şübhəli şəxs qismində saxlayıblar.
Hazırda Astara Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.