Bu ay ərzində Azərbaycanda müvəqqəti və daimi yaşamaq istəyi ilə müraciət edən 30 əcnəbinin müraciətindən imtina olunub.
Unikal.org xəbər verir ki, Dövlət Miqrasiya Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 16-sı Rusiya Federasiyasının vətəndaşı olub.
Müraciətinə rədd cavabı verilənlər arasında Hindistan, Pakistan, Gürcüstan, Türkiyə, İran, İraq və Yunanıstan vətəndaşları da qeydə alınıb.