2016 və ya 2017-ci illərdə Dağıstanda Rixter şkalası üzrə 6, 5 bal gücündə zəlzələ gözlənilir.
Unikal.org-un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin bildirib.
"Proqnoz Şərqi Qafqaz üzrədir. Azərbaycanla Dağıstan sərhədində bu il və ya gələn il güclü zəlzələ ola bilər. Zəlzələnin maqnitudası 6,5 və ya 7 bal olacaq", - Roqojin söyləyib.
O, həmçinin qeyd edib ki, FHN artıq bu barədə məlumat əldə edib: "Yerli hakimiyyət orqanlarının zəlzələyə davamlılığı zəif olan binaları gücləndirmək üçün lazımi vaxtları var".