ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə dair Konqresdə qəbul olunmuş qanunu imzalayacaq.
Unikal.org-un xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Açıqlamada deyilir ki, D. Tramp qanun layihəsinin ilkin variantları ilə tanış olmuş və onun vacib elementləri barədə müzakirələr aparmışdı. İndi isə dövlət başçısı qanunun yekun versiyası ilə tanış olub və onun iradları nəzərə alındığı üçün sənədi imzalamaq niyyətindədir.
Xatırladaq ki, iyulun 25-də Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Layihə hər iki palatada böyük səs üstünlüyü ilə qəbul olunub.