Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədi təbrik edib.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət, əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı - Taxt-Tac Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Mərakeş arasındakı münasibətlər ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".