Prezident İlham Əliyev hindistanlı həmkarı Ram Nat Kovində təbrik məktubu göndərib.
Unikal.org-un məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"