Prezident İlham Əliyev Vüqar Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncama əsasən, Vüqar Rafik oğlu Abdullayev Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini təyin edilib.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Rafik oğlu Abdullayevə həvalə edilib.