Tovuzda törədilən qətlin bəzi təfərrütaları məlum olub.
Unikal.org xəbər verir ki, Qalaboyun kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, hadisə kəndin yaxınlığındakı örüş sahəsində qeydə alınıb.
10-cu sinif şagirdi, 17 yaşlı Məqsəd Əmiraslanov qohumu və sinif yoldaşı ilə heyvan otarmağa gedib.
Onlar heyvanlarını canavarlardan qorumaq üçün özləri ilə ov tüfəngi də götürüblər. Onlar zarafatlaşan zaman ov tüfəngi açılıb və Məqsəd Əmiraslanov başından xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.