Portuqaliyada Lissabon şəhərinin yaxınlığındakı "Kosta da Kaparika çimərliyində bədbəxt hadisə baş verib.
Unikal.org "The Suna istinadən xəbər verir ki, "Cessna tipli kiçik mühərrikli təyyarə texnik nasazlıq səbəbindən çimərliyə məcburi eniş edib.
Bu zaman çimərlikdə istirahət edən 50 yaşlı bir kişi və 8 yaşlı bir qız təyyarənin təkəri altında qalaraq ölüblər.
Təyyarədəki 2 pilot polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (qafqazinfo.az)