Rusiya prezidenti Vladimir Putin canlı yayımda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb.
Unikal.org-un məlumatına görə, bu çox həssas mövzudur:"Mən elə gəlir ki, biz bu mövzuya ehtiyatlı yanaşmalıyıq. Bu, çoxdankı münaqişə, çoxdankı problemdir, dondurulmuş vəziyyətdə idi, təssüflər olsun ki, orada qığılcım baş verdi. Biz əlimizdən gələni edəcəyik ki, bu münaqişə həll olunsun, hər iki tərəf üçün məqbul sayılan həll yolu tapılsın. Əlbəttə ki, Dağlıq Qarabağla bağlı uzunmüddətli həlli lazımdır. Bu, istisnasız olaraq siyasi həll yoludur. Biz buna ehtiyatlı yanaşmalıyıq, zərər vermədən. Bu, köhnə, necə deyərlər dondurulmuş münaqişədir. Təəssüf ki, son günlər zorakılıq baş qaldırdı. Rusiya münaqişənin nizama salınması üçün hər şeyi edəcək. Əlbəttə uzunmüddətli həll yolu tapılmalıdır. İstisnasız olaraq, Qarabağın həlli siyasi yollarla, hər iki tərəfdən qarşılıqlı güzəştlərlə əldə edilməlidir. Tərəflər bir neçə il əvvəl münaqişənin həllinə yaxın idilər, lakin alınmadı. Beynəlxalq strukturlar çərçivəsində və ikitərəfli formatlarda münaqişənin həlli istiqamətində işlərimizi davam etdirəcəyik. Kimin nə deməsindən asılı olmayaraq, Rusiya bu münaqişənin həllində maraqlıdır. Biz həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edirik".
Putin həmçinin deyib ki, Rusiyada çoxlu sayda azərbaycanlı və erməni yaşayır. Söhbət milyonlardan gedir. Tanrıya şükürlər olsun ki, Rusiyada belə problem yoxdur. Bundan savayı, bilirəm ki, Rusiyadakı azərbaycanlı və ermənilər baş verənlərdən sonra da şəxsi münasibətlərini qoruyub saxlayırlar. Rusiya bu münaqişənin həllinə öz vasitəçi töhvəsini verəcək. Son qərar isə Azərbaycan və Ermənistan xalqlarınındır".
Sonda Rusiya prezidenti Qarabağ münaqişəsinin həlli üçün hər iki tərəfi güzəştə hazır olmasını dilə gətirib.