Yaponiyanın Kyuşi bölgəsində iki ardıcıl zəlzələ baş verib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, ilk təkanların 6.2, digərinin isə 6.5 bal gücündə olduğu bildirilib.
 
Təbii fəlakət nəticəsində 19 bina uçub.
 
O cümlədən, 2 nəfər həlak olub və 12-si isə yaralanıb. 
 
Ölənlərin artacağı istisna edilmir.
 
Bölgəyə 350-yə yaxın hərbçi cəlb edilib.