Misirin Xurqad kurortunda ağ köpək balığının hücumu nəticəsində bir nəfər yaralanıb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya XİN məlumat verib.
Kurortda son belə hadisə 2015-ci ildə baş versə də, buradan 130 kilometr uzaqda yerləşən digər bir istirahət mərkəzi bu ilin mart ayında köpəkbalığının hücumuna məruz qalmışdı.
Nəticədə bir nəfər ölmüşdü.