Həftəyə bahalaşma ilə başlayan və sonra ucuzlaşan neft yenidən bahalaşmağa başladı. Hazırda dünya birjalarında "Brent" markalı neftin bir barelinin qiyməti 43.88 dollar təşkil edir.

"WTI" markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 41.57 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,24 dollar ucuzlaşaraq 44,73 dollar təşkil edib.

Əlvan metalların qiymətində ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,50 dollar olub. Platinin 1 qramı 31,63 dollar, palladiumun 1 qramı isə 18,05 dollar olub. Gümüşün qiyməti cüzi cüzi ucuzlaşma ilə 1 qram üçün 0,51 dollar müəyyənləşib.

AMB-dən verilən məlumata görə, 14.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5218 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.7139 manat, Rusiya rublu da cüzi ucuzlaşaraq 0.0230 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1513 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5327 AZN dəyərində müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 15.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5218 səviyyəsində müəyyən olunub.
 
anspress