İraq məhkəməsi 27 İŞİD üzvünü kütləvi qırğın törətməkdə təqsirli bilərək edam cəzasına məhkum edib.

Unikal.org-un məlumatına, təqsirli bilinən şəxslər 2014-cü ilin iyununda Tikrit şəhəri yaxınlığındakı aviabazada 1700-ə yaxın müdavimi qətlə yetirməkdə ittiham olunublar.

Məhkəmə prosesi nəticəsində 25 nəfər isə dəlil yetərsizliyi səbəbi ilə azadlığa buraxılıb.