Keçən il ailə quran sənətçilər Yavuz Bingöl və Öykü Gürman rəsmən boşanıblar.

Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, Beykoz Ailə Məhkəməsində baş tutan qarşılaşmada tərəflər vəkilləri ilə iştirak ediblər.

Təxminən 15 dəqiqə davam edən məhkəmədə cütlük ilk ərizədə boşanıblar. Bingöl həyat yoldaşına 100 min lirə maddi (təxminən 50 min manat), 200 min lirə isə mənəvi (təxminən 100 min manat) təzminat ödəməyi qəbul edir.
 
Boşanmadan sonra Yavuz və Öykü görüşüb söhbət ediblər.