Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində öldürülən daha bir erməni hərbçisi haqqında məlumat yayaıb.
Unikal.org anspress-ə erməni mətbuatına istinadla verdiyi məlumata görə, hərbçi Azərbaycanın işğal altında olan və ermənilərin Martuni adlandırdıqları Xocavənd ərazisində ötən gün gecə saatlarında vurulub. 

Ölən əsgərin adı Armen Manveloviç Qriqoryandır. 
Ötən gün Ermənistan müdafiə nazirliyi daha iki hərbçinin ölümünü üzə çıxarmışdı. Erməni mətbuatı Dağlıq Qarabağda öldürülmüş erməni hərbi qulluqçusunun şəkilini dərc edib və onun haqda məlumat verib. İnformasiyaya əsasən, 37 yaşlı İrəvan sakini Masis Tovmasyan cəbhəyə könüllü yola düşüb.

1970-ci il təvəllüdlü Hamlet Xacoyan Talış istiqamətində hərbi hissələrdən birinin müdafiə mövqeyində öldürülüb.
İki gün öncə isə ermənilər aprelin əvvəlində cəbhə xəttində baş vermiş 4 günlük müharibə zamanı ölən ermənilərin sayı barədə növbəti dəfə açıqlama yayıb. Qarşı tərəf dörd günlük döyüş zamanı 92 itki verdiyini iddia edirdi. 

Lakin bu rəqəmlər həqiqəti əks etdirmir. Belə ki, bir neçə gün öncə erməni əsgərlərin səs yazıları yayılmışdı. Bu yazılarda ermənilər bir hərbi hissədən 100-dən artıq ölən olduğunu özləri etiraf edirdilər.