Dünən axşam Yaponiyanın cənubunda, Kumamoto şəhəri 6,5 bal gücündə zəlzələ olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumata görə 9 adam həyatını itirib, minlərlə insan dağıntılar altında qalıb. Zəlzələ nəticəsində xeyli sayda yaşayış evləri, fabriklər dağılıb. Sürət qatarı aşıb. Kumamoto şəhərini sarsıdan zəlzələnin ardından yaşanan ardıcıl şoklar, bölgədə insan çaxnaşmasına səbəb olub. On minlərlə adam gecəni küçələrdə keçirib.
Yaponiya hökuməti dağıntılar altında 800 insanın həlak olacağını açıqlayıb.