Nardaran sakini evində saxladığı silahlı polisə təhvil verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının Nardaran qəsəbə sakini İmran İmamverdiyevlə apardıqları profilaktiki söhbətdən sonra o, evində saxladığı "AKM" markalı silahı könüllü olaraq polisə təhvil verib.