Aprelin 14-dən 15-ə gecə Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində təmas xəttində düşmənə Azərbaycan Ordusu tərəfindən açılan cavab zərbəsi ilə qarşı tərəf iki hərbçisini itirib.
Unikal.org-un APA TV-yə istinadən verdiyi məlumata görə, Ermənistan Ordusunun müddətdən artıq hərbi xidmət keçən, 1970-ci il təvəllüdlü hərbçisi Hamlet Xocayan Talış kəndi istiqamətində öldürülüb.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin Xocavənd istiqamətində təxribatının qarşısı alınarkən isə daha bir erməni əsgəri, doğum tarixi açıqlanmayan Armen Qriqoryan məhv edilib.
Xatırladaq ki, dünən düşmənin cəbhə xəttində törətməyə cəhd etdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun içik çavuşu Rüstəm Oruc oğlu Əhmədov şəhid olub. Müdafiə Nazirliyi qarşı tərəfə cavabın sarsıdıcı olacağını bildirmişdi.