Bu gün Milli Məclisin (MM) plenar iclasında "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Unikal.org APA-ya istnadən məlumatına görə, dəyişiklik 4 ay əvvəl qüvvəyə , İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin ləğv edilməsi ilə əlaqədardır.
İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir.
Millət vəkili Elmira Axundova Milli Məclisin 4 ay əvvəl qəbul etdiyi qanunun ləğvini düzgün saymayıb. Spiker Oqtay Əsədov isə ötən illərdə çoxlu sayda qanun layihələrinin geri qaytarıldığını xatırladıb: "Elmira xanım, siz bu məsələyə niyə belə reaksiya verirsiniz?".
Məsələ Milli Məclisdə səs verməyə çıxarılaraq qəbul edilib və övladının məktəbə davamiyyətsizliyinə görə valideynin cərimələnməsi nəzərdə tutan cəza ləğv edilib.