İraqın şimalında hərbi əməliyyat zamanı 2 ABŞ hərbçisi həlak olub, 5 hərbçi yaralanıb.

Unikal.org "RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İŞİD terror təşkilatı ilə mübarizə üzrə Beynəlxalq Koalisiyanın Qərargahı məlumat yayıb.

İŞİD-ə qarşı əməliyyata komandanlıq edən amerikalı general Stiven Taunsend hərbçilərin ölümü ilə əlaqədar başsağlığı verib.