Naxçıvanda ehtiyatsızlıq hamilə qadının bətnindəki körpəsini itirməsi ilə nəticələnib.
Unikal.org bildirir ki, Naxçıvan Şəhər Prokurorluğundan anspress-ə verilən məlumata görə, şəhərin Məmməd Tağı küçəsindəki mənzillərdən birində yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Akif qızı Süleymanova səhər saatlarında qaz sobasını yandırmaq istəyərkən ehtiyatsızlıq nəticəsində özü yanıb.
Ağır yanıq xəsarətləri alan qadını əvvəl şəhər xəstəxanasına, oradan isə Bakıda xəstəxanalardan birinə gətiriblər.
Xəstəyə tibbi yardım gəstərilərkən onun hamilə olduğu, ancaq bətnindəki körpənin tələf olduğu məlum olub.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bənzər hadisə bir neçə gün əvvəl də Göygöl rayonunda qeydə alınıb. Şəhərin Nəriman Nərimanov küçəsi, ev 15-də yaşayan 1977-ci il təvəllüdlü Fazil Firat oğlu Məmmədov yaşadığı evdə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib və ağır dərəcəli yanıq xəsarətləri alıb.
Xəsarət alan F. Məmmədov dərhal xəstəxanaya çatdırılıb.