Ermənilər Azərbaycana
qarşı terror törətdiklərini etiraf etdilər
İrəvanda "Erməni terrorizmi" haqqında kitab satan erməni azad edilib
Ermənistanın mərkəzində İrəvanda Azərbaycan haqqında kitaba satan erməni həbsdən azad edib. Yəni onlar dolayısı ilə Azərbaycana qarşı terror törəkdiklərini etiraf ediblər. Məlumata görə, ötən ilin aprel ayının 27-də Spartak Akodcanyan 10 nüsxə "Erməni terrorizmi" haqqında kitab satdığı üçün 4 il azadlıqdan məhrum edilmişdi.
Bakıda rus dilində istehsal edilən kitablarda erməni terror qruplaşmalarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqlarında törətdikləri terorrlardan bəhs edilib.
Hakimlər belə hesab ediblər ki, bu erməni xalqının milli heysiyyatını təhqir edir və bunda günahı olanlar cəzalandırmalıdırlar. Vaxtilə Faşizm Almaniyasında məhz belə ediblər. Düzdür, orda həm də kitabları yandırıdılar. Yəqin ki, Azərbaycanın paytaxtında çap edilən erməni terroizmi haqqında kitabların satılmayan nüsxələridə bu aqibətlə üzləşiblər.
Ancaq görünür ki, sonradan yerli axmaq məhkəmələrin patriotizmindən pis qoxu gəldiyini və bunun sülhsevər Ermənistanın guya ki, demokratik imicinə ziyanlı təsir etdiyi dərk edilib və Ermənistanın apellyasiya məhkəməsi Akodcanyanı günahsız hesab edib və cinayət əməli olmadığı üçün onu azadlığa buraxıb.
Yəqin ki, Azərbaycan kitablarının satıcısının bundan sonrakı addımı Avropa məhkəməsinə müraciət etmək olacaq və Ermənistan öz vətəndaşına cərimə ödmək üçün min avrodanda çox pul xərcləməli olacaq.
Bu faktın ən maraqlı cəhəti isə ondan ibarətdir ki, Akodcanyana bəraət qazandıran apellyasiya məhkəməsi dolayısı yolla da olsa etiraf edib ki, Bakıda çapa edilən kitablarda erməniləri təhqir edən heç bir şey yoxdur. Bir şeyin faktdır ki, Ermənistanın hazırki rəhbərliyi Azərbaycan qarşı terrorizm edib. Bu barədə demək olar ki, hamı bilir, hətta Ermənistanda belə.
Digər Xəbərlər
2025-02-21 22:59:34

2025-02-21 21:57:29

2025-02-21 21:52:17

2025-02-21 20:18:26

2025-02-21 18:39:26

2025-02-21 18:34:00

2025-02-21 18:16:45

2025-02-21 17:46:18

2025-02-21 17:33:03

2025-02-21 16:56:00
2025-02-21 16:50:51

2025-02-21 16:42:00
2025-02-21 16:22:38

2025-02-21 16:09:00

2025-02-21 16:01:50

2025-02-21 15:45:00

2025-02-21 15:37:19

2025-02-21 15:35:31

2025-02-21 15:24:18
