"BMT və ATƏT-in Minsk Qrupu həmsədrlərinin 25 ilə yaxındır Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğaldan qurtarmasını başa çatdırmamasını anlamırıq".
Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Zirvə toplantısının mətbuat üçün açıqlamasında bildirib. Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsi də sammitin yekununda qəbul edilən İstanbul Bəyannaməsində öz əksini tapıb.
"İslam dünyasınının böyük üç problemi var: məzhəbçilik, irqçilik və terror. Məzhəbçilkdə ölən müsəlman "Allahu əkbər!" deyərək ölür, öldürən də "Allahu əkbər!" deyərək öldürür. Bu necə müsəlmanlıqdır? Biz məzhəbçilik nöqtəsində nə şiə, nə sünniyik. Bizim bir dinimiz var: İslam. Başqalarına da hörmətimiz var. Ancaq islamı əsla mübahisələndirmərik", - deyə o, vurğulayıb.
Türkiyə prezidenti təşkilatın qadın qanadının yaranmasının vacibliyini də bildirib.
İstanbulda keçirilən İƏT-in XIII Zirvə toplantısı bu gün başa çatıb.