Ermənistan prezidenti Serj Sarkisyan bu gün Yerevanda Dağlıq Qarabağdakı vəziyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja və quruma daxil olan ölkələrin silahlı qüvvələrinin Baş Qərargah rəisləri ilə müzakirə edib.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb.
"Tərəflər Qarabağ və Azərbaycan qüvvələrinin təmas xəttindəki yaranmış vəziyyəti müzakirə ediblər", - deyə məlumatda bildirilir.
Görüşdə KTMT-nın Birlışmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov və quruma üzv ölkələrdən gəlmiş digər generallar da iştirak ediblər.
S.Sarkisyanın KTMT-nın baş katibi N.Bordyuja ilə təkbətək görüşü də olub.