Dünya mətbuatı bu günlərdə Hindistanın Uttar-Pradeş ştatında baş vermiş faciədən yazır. Beş gün ərzində bu ştatda yerləşən xəstəxanaların birində 60 uşaq dünyasını dəyişib.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, uşaqların kütləvi ölümünə səbəb ödənişi edilməmiş havanın verilişinin kəsilməsi olub. Belə ki, süni tənəffüs aparatlarına qoşulmuş uşaqlara verilən oksigen kəsildiyinə görə ona həyatları ilə vidalaşmalı olublar.
Hadisənin baş verdiyi vaxt tibbi mərkəzdə hamı təşvişə düşüb və xəstə uşaqların valideynləri tibb işçilərinə havanın verilişini əllə həyata keçirməyə kömək ediblər. Lakin bunun bir xeyri olmayıb.
Ştatın rəhbərliyi təsdiq edib ki, süni tənəffüs aparatlarına oksigen verilişi havanın pulunun ödənilməməsi üzündən dayandırılıb. Lakin uşaqların kütləvi ölümünə məhz bu halın səbəb olmasını etiraf etməyiblər. Rəsmi məlumata görə, uşaqlar "təbii səbəblərdən ölüblər.