"Yeni Həyat - İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi "Azərbaycan milli mövqeyinin Çexiya mediasında işıqlandırılmasının təşkili layihəsinə start verib.
Layihə rəhbəri Ədil Ədilzadənin verdiyi məlumata görə, 3 ay həyata keçirilən layihə Azərbaycana qarşı həyata keçirilən ikili standartların qarşısını almaqda Çexiya Kütləvi informasiya Vasitələrinin rolunun artırlması və Azərbaycanda həyata keçirilən uğurlu daxili siyasətlə bağlı məlumatların sözügedən ölkə mediasında dərc olunmasından bəhs edir. Ə.Ədilzadə onu da qeyd edib ki, layihənin məqsədi Beynəlxalq mediada Azərbaycanın maraqlarının müdafiə edən məlumatların yayımını təşkil etmək, bu yolla ölkəmizə qarşı aparılan ikisi standartların qarşısını almaqdır. Bu məqsədə çatmaq üçün işçi heyyəti formalaşdırılacaq və Çexiyanın gündəlik nəşr olunan "Prajskiy ekspress, "Metro qəzetlərində 5 müxtəlif yazı işıqlandırılacaq. Yazılarda ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsi yönündə Azərbaycanın mövqeyi və həyata keçirdiyi işlər, ölkəmizdə mətbuat, söz azadlığının qorunması yönündə atılan addımlar, vətəndaş cəmiyyəti quruculuğunda görülən işlər ətraflı işıqlandırmaqla yanaşı, sürətlə inkişaf edən
Azərbaycanımızın hər bir güşəsini Avropa ölkələri ilə müqayisəli şəkildə təsvir etmək bu layihənin prearitet mövqeyini təşkil edir.