Syerra-Leonedə baş verən torpaq sürüşməsi nəticəsində azı 350 nəfər ölüb, 600 nəfər itkin düşüb.
Unikal.org "Assoşieyted Pressə istinadən verdiyi xəbərə görə, bu barədə beynəlxalq "Qırmızı Xaç komitəsinin məlumatında bildirilir.
Ölənlər arasında azı 100 nəfərin uşaq olduğu bildirilir.
Təbii fəlakət nəticəsində azı 1000 evin sakinləri köməksiz vəziyyətdə qalıb.