Sosial media dilinə "dayan" deməyin vaxtı çatıb. 

Unikal.org-un məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib: "Təəssüf ki, sosial media dili gənclərimiz arasında qəbul edilmiş bir yazı, danışıq dilinə çevrilir. Mənasız qısaltmalar, yersiz əcnəbi sözlər, cümlələr getdikcə adi hal alır. Dilimizi qısırlaşdıran, nəsillər arasındakı əlaqəni yox edən, türkcəyə deyil, əcaib bir dilə oxşayan bu çürüməyə artıq "dayan" deməyin vaxtı çatıb".

B.Yıldırım bildirib ki, milli səfərbərlik ruhunda çalışaraq gənclərə sözün, dilin dəyərini ən yaxşı şəkildə anlatmaq lazımdır.(trend)